Heykəl və fiqurları bəzəyərək fərqli dizayn verir VİDEO


Digərləri 30 Noy 2017 21:07:00 290 0

Heykəl və fiqurları bəzəyərək fərqli dizayn verir  VİDEO

Lerik sakini heykəl və fiqurları xüsusi bəzəyərək fərqli dizayn verir. Əl işlərində istifadə olunan balıqqulaqları isə xüsusi seçilərək yığılır. Bir birindən gözəl düzəltdiyi əl işləri adamı heyran edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Lerik rayonu, Sivəkəran kənd sakini Qurban Fərziyevdən gedir. O, uşaq vaxtlarından gil palçıqdan müxtəlif fiqurlar düzəltməyə başlayıb. Elə balaca vaxtından da bu bacarığını inkişaf etdirib. O, əvvəlcə hər hansı bir tərtibatın maketini qurur, sonra sement və dəmir tordan istifadə edərək işləyir. Qurban Fərziyevin işinin fərqliliyi isə Xəzər dənizi sahilindən yığılan balıqqulağından mozaika işləri görməsidir. Bölgəyə gələn turistlər də ustanın gördüyü işlərə böyük maraq göstərirlər. İndi Qurban Fərziyevin ən böyük arzusu özünün şəxsi emlatxanasının olmasıdır.


Xəbərə aid video