"Buzlu su" aksiyasını başladan xəstə dünyasını dəyişdi


Digərləri 30 Noy 2017 18:42:00 267 0

"Buzlu su" aksiyasını başladan xəstə dünyasını dəyişdi

ALS (amiyotrofik lateral skleroz) xəstəliyinə diqqət çəkmək məqsədilə başladılan və bütün dünyada sürətlə yayılan "İce Bucket Challane" aksiyasının ilham mənbəyi, 46 yaşlı Entoni Senerçia dünyasını dəyişib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, 14 ildir ALS-la mübarizə aparan Entoninin ölümü hər kəsin üzüntüsünə səbəb olub. Həyat yoldaşının ölümündən sonra hissləırini dilə gətirən Vanetta "Çətin xəstəlik idi, amma o, güclü savaşçı idi. O, bizim işığımız olmuşdu. Həyatımızı daha da gözəlləşdirirdi" deyib. "Buzlu su" aksiyasının başlanmasında böyük rolu olan Senerçianın sayəsində 115 milyon dollar ianə toplanmışdı. 

Xatırladaq ki, başına bir vedrə buzlu su tökən şəxslər suyu tökərkən 3 adamı aksiyaya dəvət edir. Aksiyaya qoşulmayan şəxslər 100 dollar ALS mərkəzinə bağışlamalıdır. Bu aksiya tez bir zamanda dünyaya yayılıb. Dünyada bir çox tanınmışlar aksiyaya qoşulub.