"Məndən 250 min manat aldı"


Digərləri 30 Noy 2017 17:48:00 233 0

"Məndən 250 min manat aldı"

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. 

Mİlli.Az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zərərçəkmiş Nizami Kazımov bildirib ki, V. Ələkbərova 2 milyon ABŞ dolları verib. O, dəymiş ziyanın ödənilməsi tələb edib. 

Elşən Mədətov isə V. Ələkbərova 250 min manat məbləğində pul verdiyini deyərək, mülki iddia qaldırıb. Onun sözlərinə görə, V. Ələkbərov keçmiş "Texnika bank"ın sədrinin  həbsindən sonra bankda pulu olduğu üçün ona da hədə-qorxu gəlib: "Dedi ki, məni də həbs edəcək. Buna görə məndən 250 min manat aldı".

Digər zərərçəkmiş Namiq Rzayev bildirib ki, V. Ələkbərova 200 min manat verib. N. Rzayev dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini məhkəmədən xahiş edib.