Ukraynada məhkəmə binasında partlayış olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb - VİDEO


Dünya 30 Noy 2017 17:10:02 289 0

Ukraynada məhkəmə binasında partlayış olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb - VİDEO

Faktla bağlı cinayət işi açılıb

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol Rayon Məhkəməsinin binasında iclas zamanı iki qumbaranın partladılması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti kommunikasiya polis idarəsi məlumat yayıb.

Üç məhkum, konvoy xidmətinin iki əməkdaşı, məhkəmənin bir əməkdaşı və bir mülki şəxs qumbara mərmisindən yaralanıb.

Faktla bağlı cinayət işi açılıb