"Xalamgilə gedirdim, qəfil alışdı" Şəmkirdə hərəkətdə olan maşın yandı VİDEO FOTO


Digərləri 30 Noy 2017 17:12:00 287 0

"Xalamgilə gedirdim, qəfil alışdı"  Şəmkirdə hərəkətdə olan maşın yandı  VİDEO  FOTO

Şəmkirdə hərəkətdə olan avtomobil alışıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Şəmkirin Dəllər qəsəbəsində hərəkətdə olan avtomobildə yanğın hadisəsi baş verib.

Qəsəbə sakini Elşən Zülalovun idarə etdiyi "VAZ "2106" qəfildən alışıb. Sürücü dərhal əyləci basıb və avtomobili tərk edib. FHN-nin yanğınsöndürmə briqadası gələnədək ətrafdakı insanların köməkliyi ilə alov ram edilib. Maşının salonu yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğına nəqliyyat vasitəsinin elektrik sistemində yaranan nasazlıq səbəb olub.Yanğın səbəbləri araşdırmalardan sonra bəlli olacaq.


Xəbərə aid fotolar