Ukraynada məhkəmə zalında PARTLAYIŞ:


Dünya 30 Noy 2017 17:02:00 256 0

Ukraynada məhkəmə zalında PARTLAYIŞ:

Ukraynada məhkəmə zalında partlayış olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Nikopol şəhərində baş verib.   İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.  

Faktla bağlı cinayət işi qaldırılıb.