London meri Trampı görmək istəmir - Antimüsəlman paylaşımlara görə


Digərləri 30 Noy 2017 17:05:00 322 0

London meri Trampı görmək istəmir - Antimüsəlman paylaşımlara görə

Londonun meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın Britaniya paytaxtına səfər etməsini istəmədiyini deyib.

Bakı. Londonun meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampın Britaniya paytaxtına səfər etməsini istəmədiyini deyib. Trend-in məlumatına görə, bu, D.Trampın öz “Twitter” səhifəsində yerləşdirdiyi videoçarxlarla əlaqədardır. Qeyd edək ki, ABŞ Prezidenti bu gün öz hesabından antimüsəlman xarakterli iki video paylaşmışdı. London meri Böyük Britaniyanın Baş naziri Tereza Meyi də D.Trampı qəbul etməməyə çağırıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin