"Trabzonspor"un futbolçusuna Premyer Liqadan təklif


İdman 30 Noy 2017 17:00:00 265 0

"Trabzonspor"un futbolçusuna Premyer Liqadan təklif

"Trabzonspor"un istedadlı futbolçularından olan Okay Yokuşlu "West Bromwich"in maraq dairəsinə düşüb. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albion klubu yarımmüdafiəçiyə görə 8 milyon avro təklif edib. "Trabzonspor" isə onu mövsümün sonuna qədər komandada saxlamaq istəyir. Klubla 2020-ci ilə kimi müqaviləsi olan Okay da karyerasını Avropada davam etdirmək istəyir.