"Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar"


Digərləri 30 Noy 2017 16:05:00 314 0

"Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar"

"Yazı işini yoxlayan insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru qiymətləndirməyə təsir etməsin".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanlardakı yazı işlərinin yoxlanılması prosesinə insan faktoru iki formada təsir göstərə bilər: "Bunun biri o ola bilər ki, insan şüurlu şəkildə hansısa uşağa üstünlük verər. İkinci təsir odur ki, müllim özü duzgün insan olsa da, onun blik və bacarığı elədir ki, o, düzgün qiymətləndirməyi bacarmır. İki il müəllimlər yazı işlərinin yoxlanılması işinə cəlb olunanda belə təhlükə var idi ki, belə halların qarşısını necə almaq lazımdır. Biz yazı işinin yoxlanılmasına müəllimə bu prosesə təsir göstərmək imkanı verməyən xüsusi proqram təminatı tətbiq etdik. Bu sistemlə də müəllim bilmir ki, kimin işini yoxlayır".

M.Abbaszadə qeyd edib ki, imtahanlarda nəzərdə tutulan yeni növ tapşırıqlar kompüterlə yoxlanıla billər.