Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində


Digərləri 30 Noy 2017 15:56:35 203 0

Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində

2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabı işıq üzü görüb.

Bakı. ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – yapon əsilli Britaniya yazıçısı, 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Kazuo İşiquronun “O günlərdən qalanlar” kitabı işıq üzü görüb. Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, “Təpələrin solğun mənzərəsi”, “Biz yetim olanda”, “Məni heç vaxt buraxma” kimi romanları ilə şöhrət qazanmış yazıçının bu əsəri 1989-cu ildə Londonda işıq üzü görüb və elə həmin il Buker mükafatına layiq görülüb. Romanda, hadisələr yazıçının digər əsərlərində olduğu kimi, birinci şəxsin dilindən nəql edilir. Əsərin tərcüməçisi Saday Budaqlı, redaktoru Mahir N.Qarayevdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin