"Kəpəz" - "Sumqayıt" duellərinin statistikası


İdman 30 Noy 2017 15:03:00 281 0

"Kəpəz" - "Sumqayıt" duellərinin statistikası

Topaz Premyer Liqasında 14-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu tur çərçivəsində keçiriləcək olan "Kəpəz" - "Sumqayıt" qarşılaşması dekabrın 2-də Gəncə Şəhər stadionunda baş tutacaq və saat 14:00-da start götürəcək. Goal.az "Sumqayıt"la "Kəpəz" arasında keçirilmiş oyunların statistikalarını nəzərinizə çatdırır.

1. Komandalar Azərbaycan çempionatlarında 17 dəfə qarşılaşıblar.

2. "Sumqayıt" FK "Kəpəz"lə qarşılaşmalardan 6 qələbə, 6 heç-heçə, 5 məğlubiyyətlə ayrılıb.

3. Komandalar arasındakı top fərqi 22-20 komandamızın xeyrinədir.

4. Amil Yunanov "Kəpəz"lə qarşılaşmalarda ən çox fərqlənən futbolçumuzdur (3 qol).

5. "Sumqayıt" FK Premyer Liqada ilk böyükhesablı qələbəsini "Kəpəz" üzərində əldə edib ("Sumqayıt" - "Kəpəz" 4:1, 11.12.2011)

Bu komandaların əvəzedici heyətləri arasındakı görüş isə 3 dekabr tarixində Yevlax Şəhər stadionunda keçiriləcək və saat 14:00-da başlanacaq.