Vakant vəzifə yerlərini gizlədən dövlət orqanlarına məktublar göndərilib


Digərləri 30 Noy 2017 14:52:00 228 0

Vakant vəzifə yerlərini gizlədən dövlət orqanlarına məktublar göndərilib

Dövlət İmtahan Mərkəzi vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib. Trend-in məlumatına görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şuranın iclasında deyib. Onun sözlərinə görə, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur: "Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib". Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən M.Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə DİM dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdi: "Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb. Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb". M.Abbaszadə qeyd edib ki, 17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilmişdir: "Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin