İran XİN Bolqarıstanın baş nazirinin təyyarəsi ilə bağlı məsələyə aydınlıq gətirib


Dünya 30 Noy 2017 14:46:50 232 0

İran XİN Bolqarıstanın baş nazirinin təyyarəsi ilə bağlı məsələyə aydınlıq gətirib

Bəhram Qasemi: "İranın hava məkanı hər zaman dost ölkələrin, o cümlədən Bolqarıstanın təyyarələri üçün açıqdır"

"Bolqarıstanın baş nazirinin təyyarəsinin İranın hava məkanından uçuşuna icazə verilməməsi ilə bağlı informasiya həqiqətə uyğun deyil".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib.

Onun sözlərinə görə, Bolqarıstan hökumətinin təyyərəsinin İranın hava məkanını tərk etmək məcburiyyətində qalması ilə bağlı məsələ təyyarə ekipajının səhv məlumt ötürməsi nəticəsində baş verib və nəticədə təyyarə müəyyən edilməyib.

B.Qasemi bu məqama görə təəssüfləndiyini ifadə edərək, İranın hava məkanının hər zaman dost ölkələrin, o cümlədən Bolqarıstanın təyyarələri üçün açıq olduğunu söyləyib.

Bolqarıstan XİN başçısı Yekaterina Zaxariyeva daha əvvəl noyabrın 28-də İranın göyərtəsində Baş nazir Boyko Borisovun da olduğu hökumət təyyarəsinin tranzit uçuş üçün hava məkanından istifadəyə icazə vermədiyini bildirib.