Vüqar Muradov aparıcını söydü Çəkilişdə biabırçılıq


Şou-biznes 30 Noy 2017 14:40:00 314 0

Vüqar Muradov aparıcını söydü  Çəkilişdə biabırçılıq

SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan "Nahara qədər dedi-qodu" verilişinin çəkilişi zamanı insident yaşanıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, çəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. "Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm" deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Şəbnəm Turanla əlaqə saxladıq. O, xəbəri təsdiqlədi:

"Bəli, təəssüf ki, verilişin çəkilişi zamanı belə bir xoşagəlməz hadisə yaşandı. Mən aparıcıyam, qonağıma istənilən sualı verməyə ixtiyarım var. Vüqara estetik əməliyyatla bağlı sual verdim. Özündən çıxdı, "vuraram, yıxaram" deyib, studiyanı tərk etdi. Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı. Əslində, burada qızışmağa da ehtiyac yox idi.