Türkiyənin XİN başçıs: “ABŞ kimi ölkənin prezidenti verdiyi sözə əməl etməlidir”


Dünya 30 Noy 2017 13:42:20 294 0

Türkiyənin XİN başçıs: “ABŞ kimi ölkənin prezidenti verdiyi sözə əməl etməlidir”

Mövlud Çavuşoğlu: “Ancaq Pentaqon onu dinləmirsə, bu bizi maraqlandırar”

“Kilis də daxil olmaqla bölgə təhdid edilərkən “Fırat kalkanı” əməliyyatını keçirdik və ərazini terrorçu İŞİD qruplaşmasından təmizlədik. Əgər Türkiyəyə təhlükə yaranarsa, Afrin və ya başqa bir regiona tərəddüd etmədən daxil olar, oranı terrorçulardan təmizləyərik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının üçtərəfli görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

XİN başçısı Türkiyə və ABŞ prezidentləri arasında olan telefon danışığının bəzi detallarını açıqlayıb: “ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında ölkəsinin bundan sonra “YPG”-yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu - Report) silah göndərməyəcəyini söyləyib. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq. Ancaq Pentaqon onu dinləmirsə, bu bizi maraqlandırar. Çünki onlara verilən silahlar bizə təhdid yaradır. ABŞ kimi bir ölkənin prezidetinin verdiyi sözə əməl etməsi lazımdır. Biz buna çox əhəmiyyət veririk. Verdiyimiz sözə də əməl edirik”.