Tikinti şirkəti müştəriləri belə aldadır VİDEO FOTO


Digərləri 30 Noy 2017 13:36:00 309 0

Tikinti şirkəti müştəriləri belə aldadır  VİDEO  FOTO

İngiltərənin Vest-Oksford səmtində tikilən "Beaumont Gate" 6 dəbdəbəli villadan ibarətdir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "CALA Homes" inşaat şirkəti komplekslə bağlı reklam videoçarxı hazırlayıb.

Kompleksdəki villalar 1,3 milyon funt-sterlinqlik minimal qiymətlə satılır.

Vest-Oksford bələdiyyəsinin müşavir Suzanna Pressel isə deyib ki, Tventi Paund Medou-da tikilən kompleksin reklamında fotoşopdan gen-bol istifadə olunub.

"Məqsəd kompleksi mümkün qədər yaxşı təqdim etmək və bununla da potensial müştərilərdə yanlış təsəvvür yaratmaqdır. Bəhs etdiyim məsələ reklam haqqında qanunların pozulmasıdır", - S.Pressel söyləyib.

Onun sözlərinə görə, reklamda kompleksin olduğu yerdəki gölməçələr, kolluqlar, tikinti meydançası yoxdur. Olanlar isə superlüks interyerlər və gözəl təbiətdir.

Kompleksin tikildiyi yerin qarşısında bostanlar, dirriklər və icma mərkəzinin köhnə binasıdır. Reklamda bütün bunlar fotoşop vasitəsilə çəmənlik və meşəliklə əvəzlənib.


Xəbərə aid fotolar