""Daha susmayacam, ürəyimə toxunanların gözünü qanadacam" Müğənni ilə bəstəkar arasında qalmaqal


Şou-biznes 30 Noy 2017 13:05:00 375 0

""Daha susmayacam, ürəyimə toxunanların gözünü qanadacam"  Müğənni ilə bəstəkar arasında qalmaqal

Müğənni Sevinc Musayevanın "İstanbulda liman" mahnısına görə müəllif Sevinc Ağasıyeva ilə arasında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bəstəyə klip çəkdiməsinə müəllif əsəbiləşdiyini deyib. 

O bildirib ki, ekran işini yüklədiyi bütün "Youtube" kanalları bağlatdırılıb:

"Siz paxıllar, savadsız, yaxşılıq başa düşməyən, hamam suyu ilə özünə dost tutanlar... "Youtube" kanalında 10 günə 120 min baxış sayı olan bu klipimizi siz sildirməkdə olun. Mən komandamın zəhməti ilə ərsəyə gələn ekran işimi yaşatmağımla məşğulam. Daha susmayacam. Tikan olub mənə səbəbsiz yerə batanların, ürəyimə toxunanların gözünü qanadacam.