Türkiyə XİN başçısı: "Münaqişənin həlli məsələsində səylərimizi koordinasiya etməliyik"


Siyasət 30 Noy 2017 12:48:31 266 0

Türkiyə XİN başçısı: "Münaqişənin həlli məsələsində səylərimizi koordinasiya etməliyik"

Mövlud Çavuşoğlu: "Türkiyə, Azərbaycan və Pakistan terrorla mübarizədə bir-birinə dəstək olmalıdır"

"Münaqişənin həlli məsələsində bir-birimizi dəstəkləməli, səylərimizi koordinasiya etməli və buna son qoyacağımıza əmin olmalıyıq".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.

"Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik. Terrorla mübarizədə də bir-birimizə dəstək olmalıyıq", - M.Çavuşoğlu bildirib.