Ləğv edilmiş MTN generalına qarşı 7 milyon manatlıq mülki iddia təmin olunub


Sosial 30 Noy 2017 12:05:18 268 0

Ləğv edilmiş MTN generalına qarşı 7 milyon manatlıq mülki iddia təmin olunub

Təqsirləndirilən şəxslərin əmlakları dövlət xeyirinə müsadirə ediləcək

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində zərərçəkmişlərin mülki iddiası təmin edilməyib.

"Report"un xəbərinə görə, bu barədə qərarı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə kollegiyası elan edib.

Qərara əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasını təmin edib.

Təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub.