Mübariz Qurbanlı: "Bakıda yeni qəbiristanlıqlar üçün yer ayrılması istiqamətində işlər gedir"


Sosial 30 Noy 2017 11:54:00 278 0

Mübariz Qurbanlı: "Bakıda yeni qəbiristanlıqlar üçün yer ayrılması istiqamətində işlər gedir"

Dövlət Komitəsinin sədri: "Məzar yerləri insanlara pulsuz verilməlidir"

“Məzarlıqlar haqqında” qanun layihəsi baxılması üçün hazırda Nazirlər Kabinetindədir. Layihə qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar və insanların dəfn mərasimlər və s. məsələlər həmin qaydalarla tənzimlənəcək"

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Bakı böyük şəhər olduğundan və milyonlarla insan yaşadığına görə gələcəkdə məzarlıqlarda yer çatışmazlığı yarana bilər: "Qəbiristanlıqlar üçün yeni yer ayrılması istiqamətində işlər gedir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq tədbirlər görür. O ki qaldı bəzi məzarlarda yer çatışmazlığına, əslində məzar yerləri satılması ifadəsi doğru deyil. Məzar yerləri satılmır, məzar yerləri insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb". 

M.Qurbanlı əlavə edib ki, gələcəkdə qaydalar təsdiq edilsə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq. hətta dini komitəyə bəzi məsələlərdə nəzarət funksiyası verilə bilər: "Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Həqiqətən elə qəbiristanlıqlar ola bilər ki, orada məzar yerləri obyektiv səbəbdən olmaya bilər. Naxçıvanda atılan bu addım addım bizimtəsdiqlənəcək qaydallara uyğundur. Gələcəkdə həmin qaydalar Azərbaycanın digər yerlərində də təbiq olunacaq. Burada heç bir islami dəyərlərə, heç bir milli adət ənənələrə zidd heç nə yoxdur. Qəbiristanlıqda məzarlarda biri digərindən kəskin şəkildə fərqlənə bilməz".