Türkiyə XİN başçısı: "Üçtərəfli formatda görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan yaradır"


Siyasət 30 Noy 2017 11:57:33 343 0

Türkiyə XİN başçısı: "Üçtərəfli formatda görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan yaradır"

Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ikinci görüşünün gələn il Pakistanda keçirilməsi planlaşdırılır

"Üçtərəfli formatda bu cür görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir".

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündə deyib.

Görüş zamanı tərəflər belə formatlı əməkdaşlığın və xüsusilə energetika, nəqliyyat və digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

M.Çavuşoğlu deyib ki, Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ikinci görüşünün gələn il Pakistanda keçirilməsi planlaşdırılır.