Əli Əhmədov: "Azərbaycanda məşğulluğun artırılması üçün ciddi işlər görülür"


Digərləri 30 Noy 2017 11:55:00 291 0

Əli Əhmədov: "Azərbaycanda məşğulluğun artırılması üçün ciddi işlər görülür"

Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu öz müsbət nəticəsini verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə.Əhmədov bildirib ki, İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman öz platformasında 600 min yeni iş yerinin yaradılması ilə bağlı layihə irəli sürmüşdü: "Bu məqsəd uğurla həyata keçirildi, işsizlik səviyyəsi əhəmiyyətli şəkild aşağı düşdü. Azərbaycanda 2003-cü ildən indiyənə qədər 1.9 milyon yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istqamətində çox möhtəşəm layihə həyata keçirilib".