"Manchester City" 57 il öncəki rekordu təkrarladı


İdman 30 Noy 2017 12:00:00 322 0

"Manchester City" 57 il öncəki rekordu təkrarladı

İngiltərə Premyer Liqasının 14-cü turunda "Southampton"u qəbul edən "Manchester City" Rahim Sertlinq son dəqiqə qolu ilə 2:1 hesablı qələbə qazanıb.

Goal.az xəbər verir ki, "şəhərlilər" geridə qalan 14 oyundan 40 xal toplayıb. Klub İngiltərə çempionatında 57 il öncəki rekordu təkrarlayıb. 1960/61 mövsümündə "Tottenham" ilk 14 həftədə 13 qələbə qazanmış, 1 heç-heçə etmişdi. Həmin vaxt qələbəyə görə 2 xal verilirdi. "Manchester City" ardıcıl 12 qələbə ilə həmşəhərliləri "United"in statistikasını da təkrarlayıb. Bu baxımdan "Chelsea" (2016/17 - 13 ardıcıl qələbə) və "Arsenal" (2003/04 - 14 ardıcıl qələbə) "manikunianlar"dan daha yaxşı nəticə göstərib.