Azərbaycan Monteneqroya investisiya yatırımında üçüncü yerdə qərarlaşıb


Digərləri 30 Noy 2017 11:45:00 216 0

Azərbaycan Monteneqroya investisiya yatırımında üçüncü yerdə qərarlaşıb

2017-ci ilin ilk 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro investisiya qoyub.

Bakı. Ənvər Məmmədov - 2017-ci ilin ilk 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 milyon avro investisiya qoyub. Trend bu barədə Monteneqro Mərkəzi Bankına istinadən məlumat verir. Qeyd olunur ki, Azərbaycanın Çernoqoriyaya yerləşdirilən investisiyalarda payı 9 faiz təşkil edib. Hesabat dövründə bu ölkəyə ən çox investisiya yerləşdirən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ-nin Monteneqroya yerləşdirdiyi investisiyaların həcmi 87 milyon dollar təşkil edib. İkinci yerdə isə 50 milyon avro ilə Rusiya qərarlaşıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin