Şəmkirdə avtomobillə vurularaq öldürülən qadınların kimliyi məlum olub - YENİLƏNİB


Sosial 30 Noy 2017 11:15:00 281 0

Şəmkirdə avtomobillə vurularaq öldürülən qadınların kimliyi məlum olub - YENİLƏNİB

Hadisə rayonun Yaqublu kəndində baş verib

Şəmkirdə naməlum avtomobillə vurularaq öldürülən qadınların kimliyi məlum olub.  

"Report"un Qərb bürosu xəbər verir ki, qəza nəticəsində ölən şəxslər Göygöl rayon sakini, 1976-cı il təvəllüdlü Təranə Haqverdiyeva və 1981-ci ildə anadan olmuş Sevinc Alıyevadır. 

*** 07:54

Şəmkirdə 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən iki qadını avtomobil vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada yerində ölüb.

İlkin məlumatlara görə, hələlik kimliyi bilinməyən hər iki piyada istixanada işləməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.