Rikkardo Bakıya heyran oldu Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə FOTOSESSİYA


Digərləri 30 Noy 2017 11:14:13 325 0

Rikkardo Bakıya heyran oldu  Formula 1 pilotuna "Qarabağ"dan hədiyyə  FOTOSESSİYA

"Bu şəhər, həqiqətən, çox gözəldir - Yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm".

Bu şəhər, həqiqətən, çox gözəldir" - "Yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm.

2017 Formula 1 Dünya Çempionatı başa çatdıqdan dərhal sonra Red Bull komandasının avstraliyalı pilotu Daniel Rikkardo dünən Bakıya gəlib. Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.

BŞH-dən Son.az-a verilən məlumata görə, D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz yerə - İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkib. O, həmçinin Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib Dənizkənarı Bulvara paralel olaraq uzanan "iki istiqamətli" hissəsində də olub.

Trek gəzintisindən başqa D.Rikkardo UEFA Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası "Qarabağ" FK-nın heyəti ilə də görüşüb. Red Bull pilotunun ziyarəti zamanı komanda gələn həftə "Roma" komandası ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada Red Bull pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirib.

“Formula-1”in pilotu Azərbaycan milli rəqsini oynadı - VİDEO D.Rikkardo yenidən Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirib: "Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq, həqiqətən də, çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla - böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər, həqiqətən, çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!"


Xəbərə aid fotolar