"Müharibə başlasa, onları darmadağın edəcəyik"


Dünya 30 Noy 2017 10:42:00 271 0

"Müharibə başlasa, onları darmadağın edəcəyik"

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli çərşənbə günü xəbərdarlıq edib ki, Şimali Koreyanın son qitələrarası raket sınağı "dünyanı müharibəyə yaxınlaşdırır, ondan uzaqlaşdırmır".

"Biz heç zaman Şimali Koreya ilə müharibə istəməmişik və bu gün də istəmirik", - Heyli BMT Təhlükəsizlik Şurasının növbədənkənar yığıncağında bildirib. Amma o aydın edib ki, əgər müharibə baş versə, bu, Pxenyanın son raket sınağı kimi davamlı təcavüz aktlarının üzündən baş verəcək.

"Əgər müharibə gəlsə, heç şübhəniz olmasın, Şimali Koreya rejimi tamamilə darmadağın olunacaq", -  o əlavə edib.

Son.az Voice of America-ya istinadən bildirir ki, o, bütün BMT üzvlərini Pxenyanla əlaqələri kəsməyə çağırıb. "Bütün ölkələr Şimali Koreya ilə diplomatik əlaqələri qırmalı, onunla hərbi, elmi, texniki və ticari əməkdaşlığı məhudlaşdırmalıdırlar", - Heyli çağırış edib.

Səfirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Çin lideri Şi Tsinpinlə telefon söhbətində Pekini Şimali Koreyaya bütün neft ixracatını dayandırmağa çağırıb.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı fotoda ölkənin lideri Kim Conq Un "Huasonq-15" qitələrarası ballistik raket sınağına reaksiya verir.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı fotoda ölkənin lideri Kim Conq Un "Huasonq-15" qitələrarası ballistik raket sınağına reaksiya verir.

"2003-cü ildə Çin Şimali Koreyaya neft satmağı dayandırdıqdan az sonra, Şimali Koreya danışıqlar masasına gəldi," - Heyli deyib.