Türkiyədə evin damı çöküb, bir ailənin 3 üzvü ölüb, 5-i yaralanıb


Dünya 30 Noy 2017 09:54:00 287 0

Türkiyədə evin damı çöküb, bir ailənin 3 üzvü ölüb, 5-i yaralanıb

Yaralılar Şirvan dövlət xəstəxanasına yerləşdiriliblər

 Türkiyənin Siirt əyalətinin Şirvan rayonunda güclü yağış bir evin damının çökməsinə səbəb olub. 

“Report” “Haber7”yə istinadən xəbər verir ki, nəticədə bir ailənin 3 üzvü ölüb, 5 nəfər xəsarət alıb.

Səkkiz nəfərin yaşadığı evdə 40 yaşlı Cemal Coşkun, 5 yaşlı Ömər, 15 yaşlı Yusuf Coşkun hadisə yerində ölüb. C.Coşkunun həyat yoldaşı və 4 uşağı sakinlər tərəfindən dağıntıların altından çıxarılıb.

Onlar Şirvan dövlət xəstəxanasına yerləşdiriliblər.