Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 30 Noy 2017 09:55:00 251 0

Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə o, yaşadığı evə girən zaman baş verib

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.

E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.