Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb FOTO


Digərləri 30 Noy 2017 08:50:00 262 0

Abşeronda kişi naməlum şəxsə telefonunu vermədiyinə görə bıçaqlanıb  FOTO

Hadisə o, yaşadığı evə girən zaman baş verib

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib. E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun "Report"a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərə aid fotolar