ABŞ bütün ölkələri Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb


Dünya 30 Noy 2017 08:18:00 280 0

ABŞ bütün ölkələri Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

Dünya ölkələri Şimali Koreya ilə əlaqələrini kəsməlidirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

O, bildirib: "Bu gün biz bütün ölkələri Şimali Koreya ilə bütün əlaqələri kəsməyə çağırırıq".

Bundan əlavə daimi nümayəndə bildirib ki, Şimali Koreya BMT-də səs hüququndan məhrum edilməlidir.