Tramp: Obamanın dövründə ABŞ-ın dövlət borcu iki dəfə artıb


Dünya 30 Noy 2017 07:40:45 320 0

Tramp: Obamanın dövründə ABŞ-ın dövlət borcu iki dəfə artıb

Sentyabrın 20-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkənin dövlət borcunun demokrat xələfi Barak Obamanın zamanında iki dəfə artdığını xatırladıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Twitter" hesabında yazıb.

"Demokratların dövlət borcu haqqında söhbətlərini eşitmək gülməlidir, halbuki sabiq prezident Obama onu səkkiz il ərzində iki dəfə artırıb", - deyə Amerika lideri qeyd edib.

Sentyabrın 20-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb.