İlk smartfontermometr satılacaq


Digərləri 30 Noy 2017 07:41:00 267 0

İlk smartfontermometr satılacaq

2018-ci ildə qurğular bazarına "i-MEMS" sistemli dünyanın ilk smartfon-termometrinin çıxarılacağı gözlənilir. Smartfon-termometr istifadəçiyə 0,5 saniyə ərzində bədənin dəqiq temperaturunu öyrənməyə imkan verəcək.   Son.az ICTnews-a istinadən bildirir ki, smartfona quraşdırılan mikroelektromexaniki ötürücü sayəsində qurğunun səhvi təxminən 0,01 faiz təşkil edir. Qurğunu hazırlayan Cənubi Koreya mütəxəssislərinin sözlərinə görə, məhsulun buraxılışı 2018-ci ilə planlaşdırılır. Smartfonun qiyməti və hansı ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.   Bildirilir ki, smartfon-termometr temperaturu Selsi üzrə mənfi 40 və 200 dərəcə diapazonunda ölçəcək.   Ekspertlərin fikrincə, temperaturu dərhal müəyyənləşdirməyə imkan verən ötürücü "Apple" şirkətinin "iPhone" smartfonlarında da quraşdırıla bilər. Bunun sayəsində istifadəçilər sağlamlıq vəziyyətlərini izləmək imkanına malik olacaqlar.