İlin ən yaxşı smartfonları


Digərləri 30 Noy 2017 07:33:00 282 0

İlin ən yaxşı smartfonları

"TechRadar" portalının versiyasına görə, "Samsung Galaxy S8", "S8 Plus" və "Google Pixel 2" qurğuları 2017-ci il üzrə ən yaxşı smartfonlar reytinqində ilk üçlükdə qərarlaşıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, reytinqin tərtibi zamanı aşağıdakı xüsusiyyətlər nəzərə alınıb: işləmə gücü, spesifikasiyalar, dizayn və ən vacib qiymət və keyfiyyət arasındakı nisbət.

Ekspertlər bildiriblər ki, güclü texniki imkanlara, yaxşı kamera və displeyə malik "Galaxy S8" smartfonu ucuz qiyməti ilə heyrətləndirib.

"Apple" şirkətinin yeni "iPhone X" və "iPhone 8 Plus" qurğuları top onluqda müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.