Smartfon asılılığından necə qurtulmalı?


Digərləri 30 Noy 2017 07:11:00 236 0

Smartfon asılılığından necə qurtulmalı?

Avstriyalı dizayner Klemens Şillincer tərəfindən təqdim edilmiş "Substitute Phone" adlı ixtira insanlara smartfon asılılığından xilas olmaqda yardımçı olacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, "Substitute Phone" qurğusunun yaradıcısının fikrincə, insanların əksəriyyəti telefonu praktiki istifadə üçün deyil, onu fırlatmaq və ya düymələrə sıxmaq üçün əlinə götürür. Yeni qurğu smartfon formasında hazırlanmış plastik kütlədir və əlin içində rahat şəkildə yerləşir. Qurğuya qurulmuş bir neçə daş muncuq dənəsini fırlatmaq olar. Şillincer bu qurğunu əvəzetmə terapiyası adlandırır.