Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub


Sosial 30 Noy 2017 05:35:48 285 0

Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub

Qız ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 2008-ci il təvəllüdlü Kiçikbəyova Aysu Ağamir qızı yol kənarında hərəkət edən zaman onu motosiklet vurub.

A.Kiçikbəyova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.