Barselonada 120 mln. avroluq heroin partiyası müsadirə edilib


Digərləri 30 Noy 2017 05:13:00 238 0

Barselonada 120 mln. avroluq heroin partiyası müsadirə edilib

İspaniya polisi Barselonada 120 milyon avro dəyərində heroin partiyasını müsadirə edib

Bakı. İspaniya polisi Barselonada 120 milyon avro dəyərində heroin partiyasını müsadirə edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bildirib. Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıq olub. Məlumata əsasən, heroinin 263 kilosu Barselona limanında konteynerlərdə saxlanılan sement qablarında tapılıb, qalan hissəsi isə polis tərəfindən saxlanılan insanların evlərinə baxış keçirilən zaman tapılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin