Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə dəyərək onu aşırıb, sürücü qaçıb - FOTO


Sosial 30 Noy 2017 04:20:04 247 0

Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə dəyərək onu aşırıb, sürücü qaçıb - FOTO

O qaçarkən maşının dövlət qeydiyyat nişanını da çıxıb

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və maşın yoldan çıxıb.

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxardaraq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.