Neftin qiyməti OPEK+ ölkələri nazirlərinin görüşü öncəsi düşməyə başlayıb


İqtisadiyyat 29 Noy 2017 23:30:28 289 0

Neftin qiyməti OPEK+ ölkələri nazirlərinin görüşü öncəsi düşməyə başlayıb

"Brent"in dəyəri 1,41% ucuzlaşaraq 62,36 dollara çatıb

Çərşənbə günü axşam keçirilən hərraclar zamanı neftin dünya qiymətləri əsas markalar üzrə 1,5 faiz ucuzlaşaraq mənfi dinamika nümayiş etdirməyə başlayıb.

“Report” xəbər verir ki, bu, treyderlərin bütün diqqətlərini OPEC-ə daxil olan və olmayan 24 dövlətin neft və energetika nazirinin neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması ilə bağlı noyabrın 30-da keçirəcəkləri görüşə yönəldiyi bir vaxtda baş verib.

Bakı vaxtı ilə 22.20-yə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qarışığının fevral fyuçerslərinin dəyəri 1,41 faiz ucuzlaşaraq bir barel üçün 62,36 dollar təşkil edib. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti sə 1,47 faiz aşağı düşərək bir barelə görə 57,14 dollara bərabər olub.