Səfir: "TransAvropa nəqliyyat şəbəkəsi Azərbaycan üçün yeni imkanlar yaradır"


Digərləri 29 Noy 2017 23:07:00 269 0

Səfir: "TransAvropa nəqliyyat şəbəkəsi Azərbaycan üçün yeni imkanlar yaradır"

Trans-Avropa nəqliyyat şəbəkəsi (TEN-T) Azərbaycan üçün yeni imkanlar yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "Euractiv"ə bildirib.

F.İsgəndərob vurğulayıb ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini "TEN-T" üzrə çox mühüm sənəd imzalayıblar: "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsində sonra, belə bir böyük layihəni qonşu ölkələrimiz ilə birlikdə başlayaraq, biz Avropa və Asiya arasında əsas nəqliyyat qovşağı oluruq. Beləliklə, bu sənəd bizim üçün həlledici əhəmiyyətə malikdir".