Türkiyə XİN rəhbəri ATƏTin Minsk Qrupunun həmsədrlərini qəbul edib


Siyasət 29 Noy 2017 21:39:00 271 0

Türkiyə XİN rəhbəri ATƏTin Minsk Qrupunun həmsədrlərini qəbul edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN rəhbəri öz "Twitter" səhifəsində yazıb.

Yazıda deyilir: "Mən Minsk Qrupunun həmsədrlərini İqor Popov, Stefan Viskonti, Endrü Şeffer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul etdim və Türkiyənin Minsk prosesini dəstəklədiyini bildirdim".