"Brent" markalı neftin bir bareli 64 dolları ötüb


İqtisadiyyat 29 Noy 2017 21:35:01 277 0

"Brent" markalı neftin bir bareli 64 dolları ötüb

Neftin yanvar fyuçerslərinin dəyəri 0,6 faiz bahalaşıb

"Brent" markalı Şimal dəniz neft qarışığının bir barelinin qiyməti noyabrın 29-da keçirilən hərraclar zamanı 64 dolları ötüb.

“Report” xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Bildirilir ki, "Brent" markalı neftin yanvar fyuçerslərinin dəyəri bir barel üçün 0,6 faiz bahalaşarq 64,02 dollar təşkil edib.