Kişi həmkarı Pərvini müdafiə etdi: "Tənqid edənlər onunla şəkil çəkdirmək üçün növbələr gözləyənlərdir" FOTO


Şou-biznes 29 Noy 2017 21:09:00 889 1

Kişi həmkarı Pərvini müdafiə etdi: "Tənqid edənlər onunla şəkil çəkdirmək üçün növbələr gözləyənlərdir"  FOTO

Kinoaktyor və rejissor Elvin Əhmədov aktrisa həmkarı Pərvin Abıyevanın müdafiəsinə qalxıb.

O Pərvinə qarşı qruplaşma yaradan həmkarlarını sərt tənqid edib. Elvin bu haqda Son.az-a açıqlama verib.

"Türkiyədə verdiyi müsahibədən sonra Pərvini sosial şəbəkələrdə sərt tənqid etdilər. Deyəcəyim sözlər daha çox onun həmkarlarına aiddir. Pərvinlə tanış olmaq istəyən sənət dostları var ki, indi onu "topa tutublar". Pərvini tənqid edənlər onunla şəkil çəkdirmək üçün növbələr gözləyib, zalda onu alqışlayanlardır. Mən Pərvini heç bir filmimdə çəkməmişəm, onu bir insan kimi, bir dost kimi tanıyıram. Həyatda hər bir insanın səhvi olur, o dəqiqə "baltalamaq" lazım deyil. Ona badalaq gələnlərin çoxu Pərvinin paxıllığını çəkənlərdir. Mən inanmıram ki, Pərvin Azərbaycan kişisini tənqid etsin. Onun məqsədi Azərbaycan kişilərini tənqid etmək olmayıb. Guya onun səhvini tutanlar heç vaxt səhv etməyiblər? Əksinə sənət adamları onu dəstəkləmələdirlər. Pərvin min dəfə dedi ki, yanlışlıq olub, məni düz başa düşməyiblər, elə demək istəməmişəm. Üzr istəməmiş tökülüşdülər qızın üstünə. İnsandır, Türkiyədə müsahibə verib, həyəcanlı olub, cümlələri yanlış qurub. Cavan qızdır, dünyagörüşü azdır, yaşlı adam olsa, yenə də başqa. Az görmüşük efirdə məşhurların səhvlərini? Qaldı ki, kişilərimizi tənqid etməyə. Əsl Azərbaycan kişisi bilir ki, Pərvin harada, niyə səhv edib, həyəcanını anlayıb ona anlayışlı davranırlar. Əlbəttə ki, kişinin ürəyi də, özəyi də elə bizim qanımızdadır. Azərbaycan kişisi kişiliyə, mərdliyə nümunədir. Mən də bir insan olaraq Azərbaycan kişisini təmsil edirəm. Pərvin kişiləri tənqid etsəydi, mən də ona qarşı çıxardım", - deyə aktyor bildirib.


Xəbərə aid fotolar