Unikal kadrlar: ən sürətli yırtıcı


Digərləri 29 Noy 2017 20:24:00 334 0

Unikal kadrlar: ən sürətli yırtıcı

Beynəlxalq "Formula E" avtoçempionatının təşkilat komitəsi unikal yarış keçirib.

Son.az bildirir ki, elektrik mühərrikləri ilə təchiz edilmiş bolidlərdən istifadə edilən çempionatdakı "Techeetah" komandasının pilotu Jan-Erik Vern "Spark SRT_01E" seriyalı elektrik bolidində hepardla yarışıb.

Hepard təki, "Spark SRT_01E" bolidi də 100 km/saat sürəti 3 saniyəyə əldə edir.

Video Cənubi Afrika Respublikasının Qərbi Kap əyalətində çəkilib.

Çəkilişin əsas məqsədi qlobal iqlim dəyişikliyinə və bu dəyişikliyin hepardlarla yanaşı, digər heyvanların yaşam arealına mənfi təsirinə diqqəti cəlb etməkdir.

"Formula E"nin yeni mövsümü dekabrın 2-də Honkonqda başlanacaq.


Xəbərə aid fotolar