Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib


Digərləri 29 Noy 2017 20:15:00 300 0

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanması ilə bağlı prekursorların miqdarının siyahısı təsdiqlənib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı"nın təsdiq edilməsi haqqında qanunu təsdiq edib.

Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının                             SİYAHISI

Sıra

№-si

Prekursorun adı

Xeyli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri

Külli miqdar (təmiz halda qram və litrlə) daxil olmaqla, aşağı hədləri

1.

Antranil turşusu

2500 qram

25000 qram

2.

Aseton

50 litr

200 litr

3.

Erqotamin

0,3 qram

3 qram

4.

Efedrin (başqa mürəkkəb

tərkibli dərman preparatlarının

tərkibində nəzarətdə

saxlanılmır)

25 qram

5000 qram

5.

Etil efiri

20 litr

200 litr

6.

Erqometrin (erqonovin)

0,3 qram

3 qram

7.

Fenilsirkə turşusu

1000 qram

10000 qram

8.

Xlorid turşusu

100 litr

1000 litr

9.

İzosafrol

500 qram

5000 qram

10.

Kalium permanqanat

500 qram

3000 qram

11.

Lizergin turşusu

0,1 qram

1 qram

12.

Metiletilketon (MEK)

20 litr

200 litr

13.

Norefedrin

25 qram

5000 qram

14.

N-asetilantranil turşusu

300 qram

3000 qram

15.

Piperonal

20 qram

200 qram

16.

Psevdoefedrin (başqa

mürəkkəb tərkibli dərman

preparatlarının tərkibində

nəzarətdə saxlanılmır)

25 qram

5000 qram

17.

Piperidin

20 qram

200 qram

18.

Sirkə turşusunun anhidridi

100 qram

5000 qram

19.

Safrol

500 qram

5000 qram

20.

Sulfat turşusu

100 litr

1000 litr

21.

Toluol

100 litr

1000 litr

22.

1-Fenil-2-propanon

10 qram

2000 qram

23.

3,4-metilendioksifenil-

2-propanon

10 qram

2000 qram

Qeyd.

Bu Siyahıda göstərilən miqdarlar həmin prekursorların duzlarına (belə duzların mövcudluğu mümkün olduğu halda) da aiddir.