Donald Tramp: "ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək"


Dünya 29 Noy 2017 19:45:55 296 0

Donald Tramp: "ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək"

"Vəziyyət nəzarət altında olacaq"

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Koreya Xalq Demokratik Respublikasına qarşı əlavə sanksiyalar çərşənbə günündən tətbiq ediləcək. Vəziyyət nəzarət altında olacaq", - o qeyd edib.