"Bank VTB (Azerbaijan)" nizamnamə kapitalını artırır


İqtisadiyyat 29 Noy 2017 19:15:34 314 0

"Bank VTB (Azerbaijan)" nizamnamə kapitalını artırır

Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Dekabrın 29-da "Bank VTB (Azərbaycan)"in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, yığıncaq "Bank VTB (Azerbaijan)"ın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında olacaq. 

İclasın gündəliyinə Bank səhmdarlarının növbədənkənar ümumi yığıncağına katibin seçilməsi, Bankın nizamnamə kapitalının artırılması və Bankın Nizamnaməsinə dəyişikliklərin edilməsi daxildir. 

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "Bank VTB24"ə (Rusiya), 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.