"Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir"


Digərləri 29 Noy 2017 19:00:00 272 0

"Sürüşmələrin baş verməsinə vulkanlar da təsir göstərir"

"Bakıda bəzi yaşayış məntəqələrində sürüşmənin baş verməsinə təbii və texnogen amilərlə yanaşı, palçıq vulkanları da təsir göstərir, vulkanlar sürüşmənin baş verməsi üçün daha münbit şərait yaradır".

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, yağışların təsirindən Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə sahələri aktivləşib.

R.Həsənov qeyd edib ki, "Bozdağ Hökməli" palçıq vulkanının ətrafındakı sürüşmə sahəsində həm də genişlənmə müşahidə edilir.