Naxçıvanda snayperlərin təlimi keçirilir FOTO


Digərləri 29 Noy 2017 18:54:00 267 0

Naxçıvanda snayperlərin təlimi keçirilir  FOTO

2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, toplantıda əsas diqqət çətin relyef və kəskin iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.

Məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilir.


Xəbərə aid fotolar