Julio Sezar: "Karyeramı başa vurmaq istəmirəm"


İdman 29 Noy 2017 18:37:00 289 0

Julio Sezar: "Karyeramı başa vurmaq istəmirəm"

"Benfica"nın sabiq qapıçısı Julio Sezar karyerasını başa vurmaq istəmədiyini bildirib. Goal.az xəbər verir ki, 38 yaşlı qolkiper "Globo Esporte"yə açıqlamasında bunları deyib:

"Karyeranı başa vurmaq çətin qərardır, əlcəklərimi mismardan asmaq istəmirəm. İndi klubsuzam, təklif almamışam. Təklif olsa, fikirləşərəm. Bu baş verməsə, bəlkə də, karyeramı başa vurmaq daha məqsədəuyğun olar. Amma hələlik bu barədə götür-qoy etməmişəm.

"Benfica"dan getməyim? Bu, mənim qərarım idi. Həmişə komandama meydanda, məşqlərdə kömək etməyə çalışmışam. Köməyim dəymədiyini anlayanda dayanmağa üstünlük verirəm".